Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Open.a xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu ümumi 9-13° isti, Bakıda isə 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə dumanlı olacaq. Qərb küləyi gündüz dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu 12-17° isti, dağlarda gündüz 4-9° isti təşkil edəcək.