Qanunsuz ov edən Masallı sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Open.az-a verilən məlumata görə, avqustun 7-də Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlardan müvafiq sənədləri olan 3 ədəd ov tüfəngi, habelə 218 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd bıçaq və 12 ədəd ovlanmış quş götürülüb.