Yeni İl bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb.

Open.az xəbər verir ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanaraq, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunublar.

Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.