Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

Mərkəzdən Open.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:27-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 4.7, dərinliyi 62 km olan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.