“Havanın ən çox çirkləndiyi ərazi paytaxt Bakıdır. Buna səbəb nəqliyyatın çoxluğudur”.

Open.az xəbər verir ki, bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakıda nəqliyyatın, binaların sıx olması, asfalt örtüyünün olması nəticəsində bəzi yerlərində daha yüksək temperaturun müşahidə edilməsi mümkündür: “Azərbaycan regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb. Bəzi ərazilərdə mikroiqlim şəraitini dəyişmək lazım deyil, əksinə onu qorumaq lazımdır. Biz çalışaq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun”.