Ov mövsümünün açılması istənilən yerdə ov edilməsinə icazə demək deyil.

Open.az xəbər verir ki, bu sözləri ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 1 iyun tarixindən etibarən açıq elan edilib: ''Lakin, ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər. Vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir. Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl et mədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk. Qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir''.

Şəfiqə Nazimqızı

adm