“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.

Nazirlikdən Open.az-a verilən məlumata görə, Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.