Yaponiyada Shobushi ləqəbi ilə tanınan sumo güləşçisi Kiyotaka Suetake koronavirusa yoluxaraq, vəfat edib.

Open.az xəbər verir ki, 28 yaşlı sumo güləşçisinin ölümü ilə bağlı xəbəri Yaponiya Sumo Birliyi yayıb.

13 ildir peşəkar sumo güləşi ilə məşğul olan idmançı, aprelin 19-dan koronavirusa yoluxub. Müalicələrə baxmayaraq, güləşçinin həyatını xilas etmək mümkün olmayıb.

Ülviyyə Həsənqızı