Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyn Uayt Nevada ştatının Atletika komissiyasının rusiyalı çempion Həbib Nurməhəmmədovun diskvalifikasiya etməsi barədə açıqlama verib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "MMA Fighting" məlumat yayıb.

"Həbibin diskvalifikasiya müddəti təəccüblüdür. O, reklam çarxlarında çəkilmək şərti ilə yarım milyon dollar cərimə və 6 ay diskvalifikasiya edilib. Məncə, bu çox sərt cəzadır", - deyə D.Uayt bildirib.

UFC başçısı idmançıların müdafiəsinə qalxıb: "Bu mübarizədir. Nə edirsən et, amma bu mübarizədir. Vəziyyət bəzən olur ki, döyüşçülər bir-birlərini sevmirlər. Bu dəfə də belə olub".

Qeyd edək ki,UFC çempionu Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib. İdmançı diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.

İrlandiyalı idmançı Konor Makqreqora qarşı da 6 aylıq cəza tətbiq edilib. Boksçu yarışlarda iştirakdan kənarlaşdırılmaqla yanaşı, 50 min dollar məbləğində cərimə olunub.

Gülnar Qafarlı