UFC-nin prezidenti Deyn Uayt dünya çempionu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla bağlı qərarını açıqlayıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Uayt Nurməhəmmədovun UFC-nin himayəsi altında çıxış etməyə davam edəcəyini bildirib.

“O, UFC-də qalır. Biz bunu bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı. Həbib əla oğlandır", - deyə Uayt bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gəlib.

Gülnar Qafarlı