Brazilyalı UFC döyüşçüsü Polyana Viana telefonunu oğurlamaq istəyən şəxsi döyərək xəstəxanalıq edib.

Open.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı qaydasız döyüşçü Rio de Janeiroda taksi gözləyərkən oğrunun hücumuna məruz qalıb.

Arxadan Polyanaya yaxınlaşan oğru əlindəki silahı onun başına dayayaraq telefonunu istəyib. Amma Polyana buna məhəl qoymayıb və həmin şəxsi döyüb. Sonra isə polis əməkdaşlarına zəng edərək hadisə yerinə çağırıb.

Daha sonra məlum olub ki, oğurluq etmək istəyən şəxsin əlindəki silah kartondan düzəldilmiş oyuncaq olub.

Manaf Qasımbəyli