Avqustun 23-25-də Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzər dənizi ətrafı ölkələrin növbəti karate çempionatı keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından Open.az-a verilən məlumata görə, əsasnaməyə görə 7, 8 və 9 yaşlı idmançılar yalnız fərdi və komanda kata yarışlarında çıxış edəcək. Rizə Kapalı Spor Salonunda yarışda 10 yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Rəhbəri Azərbaycan Milli Karate Federasiyasının prezidenti olan Qaradəniz və Xəzər dənizi ətrafı ölkələr Karate Federasiyaları təşkilatının birgə keçirdiyi yarış son üç ildə iki dəfə Sumqayıt və Bakıda olub. Bu təşkilata, Dünya Karate Federasiyasına (WKF) daxil olan Azərbaycanla birgə region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir.

6 ayda narkotiklərlə mübarizə sahəsində 2553 fakt aşkar edilib