Rusiyalı boksçu Maksim Dadaşev vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, o, iyulun 20-də rinqdə aldığı zədələrdən sonra xəstəxanada vəfat edib.

Qeyd edək ki, rinqdə huşunu itirən və yıxılan Dadaşev matçdan sonra beyninə qan sızması diaqnozu ilə əməliyyat edilib.

Gülnar Qafarlı