Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Open.az xəbər verir ki, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Ramil Quliyev Gəncədə törədilən terrora biganə qalmadı