Peşəkar rusiyalı boksçu Aleksandr Kostromin ötən gün Belqorodda öz evinin yaxınlığında qətlə yetirilib.

Open.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumatlara görə, cinayətkar 29 yaşlı idmançıya axşam saatlarında kürəyindən odlu silahla atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb.

İdmançı hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, sabah Aleksandrın 30 yaşı tamam olacaqdı. O, 80 kq-a qədər çəki kateqoriyasında çıxış edirdi. Rusiya çempionatının qalibi idi.

Gülnar Qafarlı