Qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun dopinqdən istifadə etməsinə münasibət bildirib.

Open.az xəbər verir ki, döyüşçü Nurməhəmmədovun atası ailəsinin sağlam həyat tərzi sürdüyünü və alkoqoldan istifadə etmədiyini bildirib: "Həbibin dopinqi nədir? Xəngəl, ət, bal, noxud və qara kürü Həbibin dopinqidir. Sağlam qidalanma üçün hər şey edirik və buna görə peşman deyilik".

Abdulmanap həmçinin, oğlunun sentyabrın 7-də Abu Dabi də amerikalı Dastin Puarye ilə keçirəcəyi döyüşdən də qalib ayrılacağını deyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionudur və o, indiyə qədər keçirdiyi 27 döyüşdən də qalib ayrılıb. Ötən ilin 6 oktyabrında Nurməhəmmədov Makqreqora qalib gəlib və UFC titulunu qoruyub. 30 yaşlı idmançı titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edilib.

Manaf Qasımbəyli