UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi və atası Abdulmanap Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqroqoru Dağıstana dəvət edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yayımladığı videoda məlumat verib.

"Bütün bunları bağışlayıram, mərhəmətli olmaq lazımdır", - deyə Abdulmanap bildirib.

Nurməhəmmədov həmçinin Makqreqoru dekabrın 15-də Dağıstan Respublikasında keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına çağırıb.

Xatırladaq ki, Nurməhəmmədov Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

ABŞ-ın Nevada ştatının Atletika Komissiyası hadisə ilə bağlı araşdırma aparacaq. UFC-nin prezidenti Deyn Uayt bildirib ki, rusiyalı döyüşçü proses başa çatana qədər qonorar almayacaq.

Gülnar Qafarlı