Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Open.az xəbər verir ki, idmançının atasının vəziyyətinin ağır olduğu bildirilib.

Sətəlcəm şübhəsi ilə xəstəxanadaya yerləşdirilən 57 yaşlı Abdulmanap Nurməhəmmədovun koronavirus testi pozitiv çıxıb. O, daha sonra Dağıstandakı hərbi xəstəxanaya köçürülüb.

Dünya şöhrətli MMA döyüşçüsü Konor Makqreqor Nurməhəmmədova dəstək olub. O, bu barədə “Twitter” hesabında paylaşım edib:

“Abdulmanap Nurməhəmmədovun sağalması üçün dua edirəm. Bu insanın müxtəlif döyüş növlərində neçə dünya çempionu yetişdirdiyini təsəvvür etmək çətindir. Qarışıq döyüş növlərinin əsl dahisidir! Bugünkü məlumatı təəssüf hissi ilə öyrəndim”.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı amerikalı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Gülnar Qafarlı

Nurməhəmmədovun atası koronavirusa yoluxdu - Makqreqor ona dəstək oldu