UFC çempionu, yüngül çəki dərəcəsində irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbə qazanan dağıstanlı samboçu Həbib Nurməhəmmədova Dağıstanın Milli Qəhrəmanı adı veriləcək

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə general-polkovnik Həsənhüseyn Abdülcəlilov məlumat verib.

O bildirib ki, "dağıstanlı qartal" yerli sakinlər üçün nümunə olub. Bütün respublika onun qələbəsini qeyd edib. İdmanın inkişafına verdiyi xüsusi töhfəyə görə Nurməhəmmədov fəxri adla mükafatlandırılacaq.

Xatırladaq ki, bazar günü Las-Veqasda keçirilən döyüşdə Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəlib.

Gülnar Qafarlı