Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov açıqlaması ilə gündəmə gəlib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Nurməhəmmədov çempion kəmərini almayacağı təqdirdə, UFC prezidenti Deyn Uaytın avtomobilinə xəsarət yetirəcəyini etiraf edib: "Deyn Uaytın bəxti gətirib ki, kəməri mənə verdi. Yoxsa mən onu maşınını pis vəziyyətə salacaqdım. Mən maşının harda saxlanıldığını bilirəm".

Döyüşçü bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqor üzərində vaxtından əvvəl qələbə qazanıb. Lakin döyüşdən sonra baş verən insidentə görə, çempion kəməri ona təqdim edilməyib.

UFC-nin prezidenti Deyn Uayt təhlükəsizlik məsələlərinə görə mükafatlandırma mərasimini ləğv edib. Lakin çempionluq kəməri Həbibə sonra təqdim edilib.

Gülnar Qafarlı

Nurməhəmmədov UFC prezidentini təhdid etdi: Çempion kəmərini mənə verməsəydi...