UFC çempionu, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədov jurnalistlərə açıqlamasında bildirib.

Putin və döyüşçü Ulyanovskda idman forumunda bir araya gələcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyçü Konor Makqreqora qalib gəlib və Rusiya prezidenti bu münasibətlə onu təbrik edib.

Gülnar Qafarlı