Noyabrın 10-da Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş sənəti (MMA) ACB 90 turniri zamanı azərbaycanlılar və ermənilər arasında kütləvi dava baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, dava idmançılar rusiyalı Timur Naqibinlə erməni Georgi Karaxanyan arasında döyüşdən sonra olub.

Naqibin raundun bitməsini elan edən xəbərdarlıqdan sonra rəqibini vurduğuna görə cəzalandırılıb və qələbə erməni idmançıya verilib.

Erməni azarkeşlər Naqibinin komandasının üzvlərinə hücum edib. Buna görə azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Davanın qarşısını almaq üçün hadisə yerinə Rusiyanın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib.

Gülnar Qafarlı