Türkiyənin məşhur pəvləvanı, güləş ustası Reşit Karabaşak vəfat edib.

Open.az xəbər verir ki, 66 yaşlı güləşçi bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Xəstəxanada müalicə alan Reşit Karabaşak keçirdiyi infark nəticəsində ötən gün dünyasını dəyişib.

Tanınmış idmançı bu gün Bursada torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı