Türkiyə Gənclik və Təhsilə Xidmət fondu (Türken) 2016-cı ildə həyatını itirən ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əlinin Miçiqandakı 40 illik bağ evini alıb.

Open.az xəbər verir ki, bu barədə "Chicago Tribune" qəzeti məlumat yayıb.

Məhəmməd Əlinin həyat yoldaşı Lonnie Ali Miçiqandakı evi ötən ay Türken Fonduna satıb.

Miçiqan ştatındakı Berrien-Sprinqs şəhərində yerləşən, 81 hektarlıq əraziyə malik malikanənin 4 yataq otağı, boks rinqi olan idman salonu, basketbol sahəsi və hovuzu var. Mülkü satışa çıxaran əmlak agentliyi "Cressy & Everett'dən Tim Miçell İndoneziya və Dubay də daxil olmaqla ev üçün bir çox yerdən alıcı çıxdığını, ancaq evi Türken Fonduna satdıqlarını bildirib.

Qeyd edək ki, Məhəmməd Əli bu malikanəni 1975-ci ildə alıb. Parkinson xəstəliyinə tutulandan sonra o, həmin malikanədə yaşayıb.

Malikanənin satış qiyməti 2,895 milyon dollar olub.

Gülnar Qafarlı

Məhəmməd Əlinin 2 milyonluq evini türklər aldı - FOTO