Boks üzrə keçmiş dünya çempionu amerikalı Mayk Tayson MMA (qarışıq döyüş növləri) döyüşçüsü Silva Vanderley ilə yumruq döyüşündən imtina edib.

Open.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” televiziya kanalı məlumat verib.

Məlumatda bildirilir ki, M.Taysona braziliyalı döyüşçü ilə qarşılaşma üçün 18 milyon dollar təklif edilib. M.Taysonun rinqə qayıtması üçün hazırlığına kömək edən məşqçi Rafael Kordeiro amerikalı döyüşçünün yalnız boks görüşündə iştirak edəcəyini deyib.

Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. S.Vanderley isə keçirdiyi 51 döyüşün 35-də qələbə qazanıb.