Masallı Regional Taekvondo Mərkəzində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi başa çatıb.

Open.az xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizin 9 şəhər və rayonundan olan 150 nəfərdən çox yeniyetmə idmançı 17 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Açıq birinciliyin yekun nəticələrinə görə, “Masallı” komandası birinci, “Lənkəran” komandası ikinci, “Sumqayıt” komandası üçüncü yeri tutub.

Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və medalları təqdim olunub.