Keçmiş dünya çempionu Konoq Makqreqor UFC çempionu Həbib Nurməhəmmədovla yenidən revanş döyüşü keçirmək niyyətindədir.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, Makqreqorun rus döyüşçüsü ilə mübarizə edə biləcəyinə şübhəsi yoxdur.

Qeyd edək ki, 2018-ci il oktyabrın 7-də Nurməhəmmədov Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.

Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

Gülnar Qafarlı