Keçmiş dünya çempionu Konoq Makqreqor ilə UFC çempionu Həbib Nurməhəmmədov arasında sentyabrın 7-də yenidən döyüş ola bilər.

Open.az "Vesti Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov məlumat verib.

O, Nurməhəmmədovun 3 rəqibi ilə döyüşü olduğunu bildirib: "Onlar Toni Ferqyuson, Konor Makreqor və Dastin Poredir".

Xatırladaq ki, Nurməhəmmədov oktyabrın 8-də Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

Gülnar Qafarlı