Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədov ilə irlandiyalı döyüşçü Konor Makqreoqr arasındakı qalmaqal daha da böyüyüb.

Open.az xarici mətbuata istinadənm xəbər veri ki, Makqreqor "Twitter" hesabında Nurməhəmmədovun həyat yoldaşını təhqir edib.

O, Həbibin həyat yoldaşının şəklini yayımlayaraq, “Sənin həyat yoldaşın əl dəsmalıdır” sözünü yazıb. İdmançı 15 dəqiqə sonra paylaşımı silib.

Qeyd edək ki, ötən gün H.Nurməhəmmədov Makqreqoru bir şey olan kimi getməklə hədələyən qısqanc arvada bənzədib.

Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gəlib.

Gülnar Qafarlı