Keçmiş UFC çempionu Konor Makqreqor sosial şəbəkədəki rəsmi səhifəsində Azərbaycana aid şəkil paylaşıb.

Open.az xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkənin azərbaycanlı istifadəçisi tərəfindən paylaşılan şəkli İnstaqramdakı hekayə bölməsində yayımlayıb.

Şəkildə Konorun firmasının istehsalı olan viski və Azərbaycan bayrağı yer alıb.