İrlandiyalı döyüşçü Konor Makqreqor Moskvada dağıstanlıları təhqir etdikdən sonra kiçik insidentlə üzləşib.

Open.az xəbər verir ki, Konor “Rits-Karlton” otelində açıq məşq keçirib. Məşqi işıqlandıran media nümyəndələrinin arasından izləyicilərdən biri ona butulka atıb. Döyüşçü zərbədən yayına bilib.

Makqreqorun ünvanına nəsə qışqırmaq istəyən şəxsi dərhal binadan uzaqlaşdırıblar.

İnsidentdən sonra Konor kütləyə müraciət edərək “Kimdir qorxaq? Mən burdayam” deyib.