Məşhur irlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Florida ştatınında polis tərəfindən saxlanılıb.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Miami Herald" qəzeti məlumat yayıb.

O, ötən gün fanatının telefonunu qırdığına görə tutulub. Bildirilir ki, idmançı onun şəklini çəkən bir fanatının mobil telefonunu sındırıb və özü ilə aparıb.

Makqreqora qarşı qarət və dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.

Gülnar Qafarlı