İrlandiyalı döyüşçü Konor Makqreqor UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümündən yazıb.

Open.az xəbər verir ki, Konor 57 yaşında vəfat edən məşqçi ilə bağlı yazıb:

"Atanın, məşqçinin və idmana sadiq insanın itkisi... Nur içində yat, Abdulmanap Nurməhəmmədov".

Xatırladaq ki, koronavirusa yoluxan və bu gün vəfat edən A.Nurməhəmmədov son həftələr Moskvada reanimasiyada olub.