Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun atasına bahalı avtomobil hədiyyə edib.

Open.az xəbər verir ki, çempion bu barədə "İnstagram" hesabında məlumat verib və Kadırova minnətdarlığını bildirib.

O, atasına bağışlanan "Merceddes"in fotosunu izləyiciləri üçün yayımlayıb. Nurməhəmmədov ona və atasına göstərdiyi diqqətə görə Çeçenistan başçısına təşəkkür edib.

Qeyd edək ki, Kadırov bundan öncə Həbibin atası Əbdülmanap Nurməhəmmədovu “Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri adı ilə təltif edib. Həbibə "Qroznı şəhərinin fəxri vətəndaşı" titulunu və medalını verib.

Gülnar Qafarlı

Kadırov Nurməhəmmədova bahalı maşın hədiyyə etdi - FOTO