Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun həyat yoldaşını təhqir edən irlandiyalı döyüşçü Konor Makqreqora cavab gecikməyib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Həbibin meneceri Əli Əbdülaziz Makqreqora od püskürüb.

"Bu adam birinin həyat yoldaşını, dinini və inancını təhqir edir. 1,5 milyon müsəlmanı təhqir etdiyinin fərqində deyil. Konor, indi bütün mətbuat sənin iyrənc hərəkətindən yazacaq. Sən təvavüzçüsən", - deyə Əbdüləziz bildirib.

Qeyd edək ki, K.Makqreqor Həbibin həyat yoldaşının şəklini yayımlayaraq, “Sənin həyat yoldaşın əl dəsmalıdır” sözünü yazıb. İdmançı 15 dəqiqə sonra paylaşımı silib.

Gülnar Qafarlı

Həbibin meneceri od püskürdü: