Məşhur iralndiyalı döyüşçü Konor Makqreqor karyerasını bərpa edib.

Open.az xəbər verir ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu bu barədə “Twitter” hesabında məlumat verib.

Bir neçə gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişdiyini və geri döndüyünü bildirib.

Qeyd edək ki, K.Makqreqor ötən gün Həbibin həyat yoldaşının şəklini yayımlayaraq, “Sənin həyat yoldaşın əl dəsmalıdır” sözünü yazıb. İdmançı 15 dəqiqə sonra paylaşımı silib. Daha sonra Makqreqor və Həbib arasında qarşılıqlı mübahisə yaşanıb.

Gülnar Qafarlı