Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov İŞİD-lə bağlı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, döyüşçü Türkiyəyə gedən zaman Hava Limanında dindirilib.

Rusiya Sərhəd Xidmətinin əməkdaşları onun məşhurluğuna əhəmiyyət verməyərək, Nurməhəmmədovu sorğu-suala tutublar.

Dindirmə üçün gələn əməliyyatçılar daha sonra idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə köməklik ediblər.

Gülnar Qafarlı

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı saxlanlıb