Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Dağıstan Respublikasının başçısı Vladimir Vasilyevin köməkçisi ola bilər.

Open.az "TASS"a istinadən xəbər verir ki, Vasilyevin özü idmançıya bu təklifi edib.

Nurməhəmmədov informasiyanı təsdiq edib və bildirib ki, məsələni növbəti görüşdə müzakirə edəcəklər.

Həmçinin Həbib Nurməhəmmədov “Dağıstan Respublikasına xidmətlərinə görə” ali mükafatı ilə təltif olunub. Onun məşqçisi və atası Abdulmanap Nurməhəmmədova isə “Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərə görə” medal verilib.

Gülnar Qafarlı