Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın paytaxtı Tehranda keçiriləcək "Təxti Kuboku"na qatılacaq.

Federasiyadan Open.az-a verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirə III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yollanacaq.