Yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya yığmasıyla birgə təlim-məşq toplanışı keçən qadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq.

Azərbaycan Güləş Federasiyasından Open.az-a verilən məlumata görə, fevralın 1-3-də Fransanın Nitse şəhərində keçiriləcək "Qran-pri"də ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə ədaləti qoruyacaq.