Dünya Güləş Birliyi (UWW) dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.

Open.az-ın məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşçilərin qatılacaqları yarışın vaxtı və yeri UWW İcraiyyə Komitəsinin iclasında rəsmiləşib. Bu, milli federasiyalardan 70 faizinin mundialda iştiraklarını təsdiqləmələrindən sonra qətiləşib.

Əvəzində gənclər arasında dünya çempionatı ləğv olunub.

Qeyd edək ki, dünya çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Hələlik Azərbaycan təmsilçilərindən sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) olimpiadada iştirak hüququ qazanıb.