Ötən gün sosial şəbəkə və xəbər saytlarında yayılan erməni idmançı Rafael Abrahamyanın türk rəqibi Batuhan Akdumanı öldürmək istədiyi görüntülər sərt reaksiyalara səbəb olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, türk döyüşçü Batuhan Akduman sözügedən xəbəri təkzib edib.

"50 xəbər saytı, televiziya kanalları və sosial şəbəkələrdə yalan xəbərlər yayılıb. Rafael Abrahamyanın "İnstagram" hesabında paylaşdığı video səbəbindən yaşadıqlarımı anlatmaq çox çətindir. Hadisə barədə Rusiyadakı idmançı yoldaşlarımın mesajlarından xəbər tutdum. O, indi Ermənistanda xalq qəhrəmanı elan edilib. Xəbəri eşidən kimi Rusiya ilə bağlı hərəkətə keçdim və Rusiya Döyüş İdman Federasiyasının prezidenti Sergey Ermakovla danışdım.

Samara şəhərində təşkilat nümayəndəsi vasitəsi ilə döyülən idmançının məşqçisi ilə də əlaqə yaratdım. Məşqçidən pasportu istədim. Səkkiz saat sonra oğurlanmış pasportun surətini göndərə bildilər. Pasportda U24TUR kodu var idi. Bu kodun yalan xəbərlər üçün müraciət etdiyim Respublika Prokurorluğunda Türkmənistana aid olduğunu öyrəndim.

Beləliklə, mənim ad və soyadım, o cümlədən karyeramdan istifadə edərək, 20 yaşlı türkmənistanlı döyüşçünü Rafael ilə döyüşdürüblər. Sonra Rafaellə danışdım və gördüyü işin çox kobud olduğunu, mənim adımdan istifadə etdiyini və iki ay içində qarşıma çıxmamasını, onu biabır edəcəyimi söylədim".

Türk döyüşçü erməni rəqibinə onunla döyüşməyi təklif edib. O, döyüş təklifini qəbul edib: "20 nəfərlik heyətimlə dekabrın 15-də problemlərin qarşısını almaq üçün lazım olan ünsiyyəti qurmaq üçün Ermənistana gedirəm".

Gülnar Qafarlı

Erməni idmançının türk rəqibini boğaraq öldürmək istəməsi yalan çıxdı