Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində erməni idmançı Rafael Abrahamyan türk rəqibi Batuhan Akdumanı öldürmək istəyib.

Open.az xəbər verir ki, Rusiyanı təmsil edən erməni R.Abrahamyan döyüş zamanı erməni idmançı türk rəqibinin boğazını sıxıb.

Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb. Hətta hakim də idmançıları ayırmağa çalışsa da, onları ayıra bilməyib.

Beləliklə Batuxanın halı pisləşib və özündən gedib. Onun köməyinə həkimlər gəlib.