Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında, Avropa çempionu Eldəniz Əzizli yarımfinal mərhələsində Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiaya qalib gələrək finala yüksəlib.

Open.az xəbər verir ki, Dünya çempionu Rəsul Çunayev isə yarımfinalda Almaniya təmsilçisi Frank Steblerə məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.