Dünya boks tarixinin əfsanəsi Mayk Tayson 15 il sonra yenidən rinqlərə dönməyə hazırlaşır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı boksçu noyabrın 29-da 51 yaşlı Roy Jones qarşılaşacaq.

Matç ABŞ-ın Los-Anceles şəhərindəki Dignity Health İdman Parkında baş tutacaq.

Son matçını 2005-ci ildə keçirən 54 yaşlı Taysonla 2 ildir mübarizə aparmayan 51 yaşlı Roy Jones arasındakı qarşılaşma 8 tur olacaq.

Qeyd edək ki, Taysonun karyerasında 50 qələbə və 6 məğlubiyyəti var.

Gülnar Qafarlı