Tailandda keçirilən bir boks yarışmasında, rəqibinin zərbələrinə tab gətirməyib komaya düşən italiyalı idmançı Kristian Daqhio ölüb.

Open.az xəbər verir ki, Bankoqda təşkil olunan yarışda tailandlı rəqibinin yumuruqları ilə nakaut olub komaya girən 49 yaşlı idmançı həyatını itirib.

Aldığı zərbələr nəticəsində huşunu itirən idmançı təcili xəstəxanaya çatdırılsa da 2 gün komada qaldıqdan sonra ölüb. Həkimin açıqlamasına görə idmançının aldığı zərbələr beynində ciddi zədələrə yol açıb.