Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasından Open.az-a verilən məlumata görə, yığma Əsgər Eyvazova həvalə edilib.

58 yaşlı mütəxəssis bu postda əsas komandanın “sükanı arxasına” keçən Vaqif Şirinovu əvəzləyib.