Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Azərbayan Milli Paralimpiya Komitəsindən Open.az-a verilən məlumata görə, bu il 20-28 mayda paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” 24-25 mayda baş tutmalıdır və bu, Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, cari ilin may ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar aprel ayında ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.