Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.

Bu barədə Open.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, Azərbaycan tərəfinin çıxardığı qərar Beynəlxalq Cüdo Federasiyasının da diqqətinə çatdırılıb.

Qeyd edək ki, Böyük Dəbilqə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Olimpiada 24 iyul - 9 avqustda keçirilməlidir.