Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək. Open.az xəbər verir ki, Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyindən bildiriblər ki, dünyaca məşhur “Glory kikboksinq” turnirində 95 kiloqram çəki dərəcəsində yarışan idmançımızın rəqibi litvalı döyüşçü Sergey Masloboyev olacaq.

Hazırda Kölndə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Cənubi Azərbaycanın Urmiya şəhərindəndir.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri Adil Əliyev və AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gedəcəklər. (AZƏRTAC)